HƏMAS: "İsrail Ordusu sabah Qəzzadan çəkiləcək" | VİDEO

      HƏMAS:    "İsrail Ordusu sabah Qəzzadan çəkiləcək" |  VİDEO
  09 Oktyabr 2025    Oxunub:882
"İsrail Silahlı Qüvvələri sabah Qəzza zolağının əsas şəhərlərindən (Qəzza, Rəfəh, Xan-Yunis və s.) danışıqlarda razılaşdırılmış mövqelərə çəkilməyə başlayacaq".
Bu barədə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının siyasi bürosunun üzvü Üsamə Həmdan Qətərin "Al Araby" telekanalına müsahibəsində məlumat verib. O söyləyib ki, İsrail hərbçiləri zolaqdan çəkilmə prosesinə bu gecə saatlarından başlamalıdırlar.

Eyni zamanda, müharibənin həlli istiqamətində əsas vasitəçilərdən sayılan Qətər hökumətinin nümayəndələri telekanala açıqlamada atəşkəslə əlaqədar müəyyən təfərrüatlar veriblər. Onların sözlərinə görə, Qəzzada HƏMAS tərəfindən saxlanılan əsirlər azadlığa buraxılanda tərəflər atəşkəsin ikinci mərhələsi üçün yenidən danışıqlar masasına oturacaqlar.
Qəzzada atəşkəs imzalanıb | FOTO/VİDEO

Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qətər   İsrail   HƏMAS   atəşkəs   danışıqlar  



Xəbər lenti